Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov Sportinfo.az-a açıqlama verib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində bu gün Bakıda "Nyukasl"a qarşı matçda şanslarını dəyərləndirib:
"Təbii ki, rəqibin gücü hamımıza bəllidir. Oynadığı liqanın sürətində, heyətinin səviyyəsində "Qarabağ"ı üstələyir.
Belədə "Nyukasl"ın favorit göstərilməsi normaldır. "Qarabağ"ın da öz üstünlüyü var. Doğma meydanda, böyük azarkeş dəstəyi qarşısında çıxış edəcək.
Şahid olmuşuq ki, bir çox komandalar Bakıda əziyyət çəkib. İstər "Çelsi", istərsə də "Ayntraxt" olsun.
Digər üstünlük kollektivdə inam var. Artıq Çempionlar Liqasında daha təcrübəlidir.
Ən əsası, rəqiblə müqayisədə "Qarabağ"da daha oturuşmuş heyət, sistem var. Bu da hardasa komandanın köməyinə çata bilər.
İnanıram ki, "Qarabağ" bu gün yaxşı nəticə qazana biləcək. Belə oyunlarda ən əsası nizam-intizamlı oynamaq lazımdır.
Əsas məqam "Qarabağ"ın fiziki olaraq bu gün nə qədər tab gətirə biləcəyidir. Oyunun ikinci yarısında xüsusilə bunu hiss edə bilərik.
Ona görə də ilk hissədə əldə olunacaq nəticə də vacibdir".
"Qarabağ" - "Nyukasl" matç bu gün saat 21:45 -də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
XANOĞLAN

