Rusiya mətbuatı Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarını müzakirə edərkən, “Qarabağ” və “Nyukasl” arasında Bakıda keçiriləcək matça da toxunub.
Sportinfo.az xəbər verir ki, “championat.com” portalı Ağdam klubu barədə bunları yazıb:
“Qarabağ” öz tarixində (və bütövlükdə Azərbaycan futbolunun tarixində) ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
Dərhal da Qurban Qurbanovun komandasının qarşısına püşkatmada “Nyukasl” çıxdı. Azərbaycan klubunu “Sent-Ceyms Park”da çətin sınaq gözləyir.
Hələlik ev sahibi komandanın azarkeşləri Eddi Hounun futbolçularına cəhənnəm əzabı verməlidirlər. Təbii ki, “Qarabağ”ın oyunçuları mövsümün ən yaxşı oyununu oynamalıdırlar.
Yalnız bundan sonra onlar Nyukasl-apon-Tayn səfərindən əvvəl 1/8 finala yüksəlmək şanslarını qoruyub saxlayacaqlar”.
“Qarabağ” – “Nyukasl” matçı bu gün Tofiq Bəhramov adına stadionda keçiriləcək və oyuna saat 21:45-də start veriləcək.

