O gecə yatmamışdıq, amma sanki yuxu görürdük.
Həmişə ekrandan “Liverpul”la başqa komandaların duellini izlədiyimiz möhtəşəm “Enfild Roud”a bu dəfə Azərbaycan komandası çıxmışdı.
“Liverpul”un da ki təqdimata ehtiyacı yoxdur. Altı dəfə Çempionlar Liqasının qalibi olan bu klub Azərbaycan komandalarınını 32 illik avrokubok tarixində qarşılaşdığı ən titullu rəqib idi.
Bunu futboldan, Çempionlar Liqasından anlayışı olanlar, “Liverpul”la “Qarabağ”ın, 1 milyarlardlıq büdcəylə 24 milyonluq büdcənin, İngiltərə Premyer Liqası ilə Azərbaycan Premyer Liqasının fərqini dərk edənlər bilir.
Cahil toplum da var: “Qarabağ” udanda, “oyunu almışdılar”, uduzanda “satmışdılar” deyən “beyinsizlər dəstəsi”.
Onıların diliylə desək, nədənsə bukmeker kontorları oyuna “barmaq” eləmədi, “Liverpul” oyunu “vermədi”, “Qarabağ” da “almadı”.
Ciddi danışsaq, “Liverpul”un heyətində müəyyən itkiləri vardı, komanda Premyer Liqada son 5 oyunda qələbə qazana bilməmişdi, baş məşqçi Arne Slotun başı üzərini qara buludlar almışdı.
“Qarabağ” qarşısında mümkün xal itkisi niderlandlı mütəxəssisin istefasıyla nəticələnə bilərdi. Azərbaycan çempionu üzərindəı qələbə “Liverpul”un Liqa mərhələsini ilk “səkkizlik”də başa vurmaq və birbaşa 1/8 final mərhələsinə yüksəlməsi demək idi.
Ona görə “Qarabağ”dan “Enfild”də sensasiya gözlımirdim, amma həm də rahat idim ki, uduzsa belə, Qurban Qurbanovun komandası Çempionlar Liqasında yoluna davam edəcək.
Əlbəttə, digər oyunların nəticələrinin mühüm əhəmiyyəti vardı, amma daha “Qarabağ”ın əsas izləyiciləri olan 7-8 komandanını hamısının qalib gəlməsi real görünmürdü.
“Liverpul” “Qarabağ”a göz acmağa belə, imkan vermədi. Biz onlara ilk növbədə sürətdə uduzduq. Həm fiziki sürətdə, həm də oyunçuların düşünmə sürətində, qərar qəbul etməsində.
İngilislər “Qarabağ”a 1 real qol şansı da vermədi. 90 dəqiqə ərzində qazancımız - qapı cərcivəsinə bir zərbə və künc zərbəsi.
“Liverpul”un isə “qol orucu”nda olan bəzi oynçularının “ayağı açılmışdı”. Aleksis Makkalister və Məhəmməd Salah “Liverpul” formasnda son 3, Federiko Kyeza isə son 4 ayda ilk qollarını vurdu.
Hələ Kevin Medinanın müdafiədə fədakar oyunu bir neçə təhlükəli hücumun qarşısını aldı. Hərcənd kolumbiyalı müdafiəçi arada qapımız önündə riskli hərəkətləriylə də hamını həyəcanlandırırdı.
Zədədən sonra formasını bərpa etnəkdə olan Joni Montiel də meydanda soyuqqanlılığı ilə seçilirdi.
61-ci dəqiqədə hesab 5:0 olanda, artıq oyunun əldən getdiyini görən Qurban Qurbanov Çempionlar Liqası matçlarında heç vaxt etmədiyi ürəkaçıqlıqla dəyişiklər etdi.
Nəriman Axundzadə, Toral Bayramov, Dani Bolt, oyunun sonlarında da isə Musa Qurbanlı ilə Emmanuel Addai. Belə gedişləri, adətən, ölkə çempionatında “Kəpəz”lə, “Karvan-Yevlax”la oyunlarda görürdük.
0:5 dən sonra “Liverpul”a müqavimətin mənasız olduğunu nəzərə alsaq, bu oyunçulara bəlkə də karyeralarında birinci və sonuncu dəfə “Enfild”də meydana çıxmaq şansı vermək doğru idi. Onsuz da, Duran, Leandro, Zubir, Yankovic və digərləri də ingilislərlə ayaqaşa bilmirdi.
“Qarabağ” Çempionlar Liqasında ən böyükhesablı məğlubiyyətlərindən birini aldı. Amma bu futbol tariximizdə - istər milli, istər klub səviyyəsində yeganə 0:6-dır ki, ciddi sarsıntı, üzüntü yaşatmadı.
Cünki bizə pley-off lazım idi, o da əldə olundu.
Və hazır halva kimi yox, “Qarabağ”ın əvvəlki turlarda göstərdiyi əzmkarlığın, fədakarlığın sayəsində.
Bəli, “Qarabağ” “Liverpul” qarşısında aciz görünrdü, amma “Benfika” və “Ayntraxt”la matçlarda fantastik əzm göstərərək, qalib gələn, “Çelsi”dən döyüşcü ruhu hesasına xal alan da həmin “Qarabağ”dır.
Pley-offa - 1/16 finala bizmlə yanaşı çıxan adlara baxın: “Real Madrid”, “İnter”, PSJ, “Yuventus”, “Atletiko Madrid”, “Borussiya Dortmund”, “Bayer Leverkuzen”, “Benfika”, “Qalatasaray”.
Nə oynadıqları ölkə liqaları, nə heyətləri, nə büdcələri “Qarabağ”la müqayisəolunandır. Amma bu gün onlarla bir sıradayıq.
Sevinmək, fəxr etmək, qürurlanmaq haqqımızdır. Bu sevinci doya-doya yaşayın! Bəlkə də nəvaxtsa bugünləri əlimizdə çıraqla axtardıq.
Rusların 90-cı illərin “Spartak”ını, ukraynalılaırn “Dinamo”unu və “Şaxtyor”u, belarusların BATE-ni, moldovanlaırın da “Şerif”i axtardığı kimi.
Yaxşı ki, “Qarabağ”ımız var, yoxsa uzağı, avqustda avrokubok dəftərini bağlayıb, oturub yenə ona-buna azarkeşlik edirdik.
Hələ macəra bitməyib. Qarşıda azı bir rəqib də var - “Nyukasl”.
“Qarabağ” Çempionlar Liqasında 1/16 finala yüksələn ilk Azərbaycan klubu kimi bir tarix də yazdı.
Bilmək olmaz, bəlkə bu gecə və ya fevralın 24-də növbəti tarix də yazılacaq.
İlkin Fikrətoğlu

