Türkiyənin tanınmış məşqçisi “Qarabağ”a nə PROQNOZ VERDİ?

18 Fevral 09:20 Qarabağ 953
Türkiyənin tanınmış məşqçisi “Qarabağ”a nə PROQNOZ VERDİ?

Türkiyə millisinin və “Fənərbağça”nın sabiq qapıçısı Volkan Dəmirəl Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və “Nyukasl” arasında keçiriləcək oyun barədə danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın çətin və gərgin keçəcəyini bildirib.

Onun sözlərinə görə, “Qarabağ” bu dəfə də azarkeşlərinə baxımlı oyun nümayiş etdirəcək.

“İngiltərə komandalarını hər kəs çox yaxşı tanıyır. Onlara qarşı oynamaq çətindir. İnşallah, “Qarabağ” “Nyukasl”a qalib gələr”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Fevralın 18-də keçiriləcək “Qarabağ” - “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 14:20 Bir də yayda qayıdacaq