Almaniya klubunun ulduzlarını Bakıda əsəbiləşdirən hadisə - VİDEO

17 Fevral 23:40 Qarabağ 268
Almaniya klubunun ulduzlarını Bakıda əsəbiləşdirən hadisə - VİDEO

«Qarabağ» Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni Bakıda əldə etdi.

«Ayntraxt»la qarşılaşmada qələbə qolu 90+4-cü dəqiqədə qeydə alındı.

Bəhlul Mustafazadə bir vuruşuyla 3:2 hesablı qalibiyyəti rəsmiləşdirdi.

«Köhlən atlar»ın tarixi gecəsinə aid sosial şəbəkələrdə maraqlı video yayılıb.

Görüntülərdə Ağdam təmsilçisinin funksionerlərindən birinin matçıin final fitindən bir qədər sonra meydandan rəqs edə-edə çıxdığı əks olunur.

Onun yaşadığı sevinc yaxınlıqdan keçən almaniyalı futbolçuların xoşuna gəlməyib.

Frankfurt klubunun oyunçuları ona əl-qolu hərəkəti ilə reaksiya veriblər. Səbəbkar da qarşı tərəfə eyni cür münasibət göstərib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti