"Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb"

00:30 Qarabağ 93
"Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb"

"Nyukasl" Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 48 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir.

Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq.

“Qarabağ”ı şəkildə ciddi araşdırmışıq. Onların "Çelsi" və "Liverpul"la oyunlarını təhlil etmişik.

“Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı qarşılaşma olacaq. “

Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.

İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq.

Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik.

Çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq.

Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək. Hədəflərimiz var, arzularımız böyükdür.

Özümüzə inanırıq. Açığı, Qurban Qurbanovla bağlı ciddi araşdırmam olmayıb.

Bir komandada bu qədər uzun müddət qalırsansa, hörmətə layiqsən. Komandanı motivasiya etməsi, əlaqələri təqdir ediləcəkdir.

Çempionlar Liqasında yaxşı nəticə göstəriblər. Özlərinə məxsus oyun üslubları var.

Oyunlarına baxmaq maraq doğurur. Ona görə “Qarabağ”a qarşı oyun asan olmayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı
17 Fevral 01:50 AFFA-dan yeni qərarlar