"Qarabağ" - “Nyukasl": Artıq bu qədər satış olub

02:20 Qarabağ 123
"Qarabağ" - “Nyukasl": Artıq bu qədər satış olub

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" – "Nyukasl" (İngiltərə) qarşılaşmasına bilet satışı davam edir.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin yaydığı son məlumata görə, artıq 27 min 500 ədəd bilet satılıb.

Klub qeyd edib ki, hazırda biletlər məhdud sayda qalıb. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Biletlərin qiyməti isə 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir.

Matç fevralın 18-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 Fevral 20:40 Rauf, uf, uf, uf...
17 Fevral 18:10 Çək və bizə göndər!
17 Fevral 08:20 Bir oyunluq cəzalandı