Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”Avropanın bir nömrəli klub turnirində növbəti matçına çıxacaq.
“Köhlən atlar” pley-off mərhələsində “Nyukasl”la münasibətlərinə aydınlıq gətirəcək ki, ilk oyun Bakıda keçiriləcək.
Sportinfo.az-ın əməkdaşı matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkib.
Təqdim etdiyimiz şəkillərdən də göründüyü kimi, arenanın qazonu ideal vəziyyətdədir.
Havaların qeyri-sabit keçməsinə baxmayaraq, stadionda çalışan əməkdaşlar meydanı ÇL səviyyəsinə çatdırmaq üçün bacarığını ortaya qoyub.
Bəzi yerlərdə kiçik saralmalar nəzərə çarpsa da, fevral ayı üçün ümumi vəziyyət xoşdur.
Texnikalı futbol sərgiləyən “Qarabağ” üçün Qurban Qurbanovun tələb etdiyi kombinasiyalı futbol nümayiş etdirmək çətin olmayacaq.
Bir sözlə, azarkeşlərin baxımlı futbol izləməsi üçün lazım olan şərait yaradılıb.
Fevralın 18-də baş tutacaq “Qarabağ” – “Nyukasl” dueli saat 21:45-də start götürəcək.
Cavab oyunu fevralın 24-dən 25-nə keçən gecə saat 00:00-da İngiltərədə reallaşacaq.
HƏBİB

