“Nə yaxşı ki, bizi sevənlər var” - “Qarabağ”ın müdafiəçisi

22:40 Qarabağ 48
“Nə yaxşı ki, bizi sevənlər var” - “Qarabağ”ın müdafiəçisi

“Vacib qələbə qazandıq. Komanda yoldaşlarımı təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 20-ci turunda səfərdə “İmişli”ni məğlub etdikləri oyun (1:0) barədə danışarkən deyib.

O, Qubada keçirilən matçda yerli azarkeşlərin “Qarabağ”a daha çox dəstək olmasının xoş olduğunu bildirib:

“Həm meydançanın vəziyyəti, həm də hava şəraiti bizə çətinlik yaradırdı. Buna baxmayaraq, qalib gəldik və yolumuza davam edirik.

Stadiona xeyli sayda azarkeş toplaşmışdı. Bu da çox xoş idi.

Azarkeşlərə təşəkkür edirəm. Nə yaxşı ki, bizi Qubada da sevənlər var”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti