Marko Yankoviç “Qarabağ”da qalmaq istə(mə)sə… YENİ XƏBƏR

16 Fevral 15:00 Qarabağ 5 034
Marko Yankoviç “Qarabağ”da qalmaq istə(mə)sə… YENİ XƏBƏR

Marko Yankoviçin mövsümün sonunda “Qarabağ”ı tərk edib-etməyəcəyi hələ sual altındadır.

Ağdam klubu monteneqrolu yarımmüdafiəçi ilə bütün sualların cavabını iyun ayına saxlayıb.

Bu haqda “köhlən atlar“ın düşərgəsindən redaksiyamıza məlumat verilib.

Bildirilib ki, son vaxtlar Avropadan bir çox təkliflər alan balkanlı legionerin müqəddəratı həmin vaxt aydınlıq gələcək.

O, 2022-ci ildə “Hapoel Təl-Əviv”dən (İsrail) transfer olunub və 3 illik müqavilə imzalanıb. 2023-cü ildə onunla sözləşmə yenilənib. Hazırkı müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədərdir.

“Qarabağ“ Yankoviçin yekun qərarını gözləyir. Monteneqro yığmasının üzvü karyerasını burada davam etdirmək istəsə, kontraktı 2+1 il uzadılacaq. Əksi halda, gələn təkliflərdən biri dəyərləndiriləcək.

Marko “Qarabağ”ın heyətində indiyədək 152 rəsmi matçda meydana çıxıb, 12 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…