"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "İmişli" üzərində qələbədən sonra Quba Olimpiya Kompleksinin meydanının bərbad durumundan kəskin şikayət etməsilə yadda qaldı.
Təcrübəli mütəxəssisin "Bir neçə gün öncə İspaniyada ot örtüyünün durumuna görə iki oyunu təxirə saldılar" fikri xususi diqqətimi çəkdi.
Qurbanov İspaniyanı boş yerə misal çəkmədi.
Bir neçə gün əvvəl "Neftçi" - "Qarabağ" görüşünün təxirə salınmasından sonra Ağdam klubuna tuşlanan əsas irad bu idi - Avropada uğurlu olmaq istəyirsənsə, ağır qrafikə, rəqabətə uyğunlaşmalısan.
Məncə, Qurbanov İspaniya misalı ilə həmin şəxslərin bostanına daş atmış oldu.
Ki, "Qarabağ"ın ingilis, ispan klubları kimi sıx qrafikdə oynamasını tələb edirsinizsə, onda İspaniya və İngiltərədəki xalça meydanları da ayağımızın altına sərin.
İspaniyada pis meydana görə oyunlar təxirə salınırsa, bura da eynisi olsun.
Belə bataqlıqda oyun keçirilməsin.
Məncə, kifayət qədər yaxşı arqument və uğurlu müqayisədir.
Ancaq "Qarabağ"dan böyüməyi, inkişaf etməyi tələb etmək ədalətli deyil.
Hətta absurddur.
Bəs bizim meydanlar, klublar, tribunalar nə vaxt düzələcək?
İllərdi yerində sayan sualların cavabı olmalıdır!
XANOĞLAN İMANOV

