“Qarabağ”dan: “Verilən tapşırıqları yerinə yetirəcək, sona qədər döyüşəcəyik”

19:40 Qarabağ 151
“Qarabağ”dan: “Verilən tapşırıqları yerinə yetirəcək, sona qədər döyüşəcəyik”

Premyer Liqada ardıcıl iki vacib səfər qələbəsi qazanan “Qarabağ” indi daha ciddi sınaqla üz-üzədir.

Avropadakı qürurumuz Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la münasibətlərinə aydınlıq gətirəcək.

Ölkə futbol ictimaiyyətinin diqqəti Bakıdakı ilk qarşılaşmaya yönəlib ki, fevralın 18-də baş tutan matç böyük marağa səbəb olub.

Rəqib İngiltərə Premyer Liqasının təmsilçisi olsa da, “Qarabağ”ın məqsədi qələbə qazanaraq 1/8 final mərhələsinə vəsiqə qazanmaqdır.

“Köhlən atlar”ın müdafiəçisi Sami Mmaee Sportinfo.az-a açıqlamasında komandasının hədəfi barədə danışıb:

“Nyukasl”ın hansı çempionatda mübarizə apardığını və hansı heyətə sahib olduğunu hamı bilir. Təbii ki, rəqibə hörmətlə yanaşırıq.

Lakin “Qarabağ”ın məqsədi dəyişməzdir - hər matçı qələbə ilə başa vurmaq. Adına və nüfüzuna baxmayaraq, “Nyukasl”ın önünə də həmişəki hədəflə çıxacağıq.

Verilən tapşırıqları yerinə yetirəcək, sona qədər döyüşəcəyik. Sonluğun necə olacağını zaman göstərəcək”.

Fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti