Qurban Qurbanov bu pis hadisədən danışdı: “Mən inanmıram ki...” - VİDEO

09:00 Qarabağ 94
Qurban Qurbanov bu pis hadisədən danışdı: “Mən inanmıram ki...” - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi” ilə matçın təxirə salınması ilə bağlı suala cavab verib.

Sportinfo.az xəbər verir ki, o, matçın təxirə salınması ilə bağlı Ağdam klubuna qarşı sosial şəbəkələrdə olan aqressiyadan danışıb:

“Hamımız azərbaycanlıyıq və bu proseslər dünya futbolunda baş verir. Hansısa komandanın üzərinə çox gedirlər.

Rəqib komanda mövzu açır, onun üzərində danışırlar. Normal bir şeydir.

İntriqa elə bu cür böyüyür. Amma mən inanmıram ki, bizə qarşı hansısa səhv nə isə olsun.

Normal qarşılayırıq. Uğuru olan komandaya qarşı bu cür mövzular olur.

Mən Qurban olaraq bunu normal qəbul edirəm. Amma böyük futbola hörmətlə yanaşmaq lazımdır.

Bəzi qərarlar var ki, bu dərəcədə olmalı deyil, indiki dövrdə, ümumiyyətlə…

Azərbaycanı dünyada hamı tanıyır, dəyərləndirir. Sosial şəbəkələrdə olanlara önəm verməyək”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 08:50 Liqa klubunda ayrılıq