“Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandası ilə keçirəcəyimiz oyunun hazırlıqlarına başlamışıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, AZƏRTAC-a açıqlamasında rəqibin zəif tərəflərinin olmadığını söyləyib:
“Rəqibimizin ancaq güclü tərəfləri var. Ümumən hazırlıqlarımız gedir. Amma bizim qarşıda çempionat oyunlarımız var.
Premyer Liqadakı matçımızı keçirdikdən sonra “Nyukasl”la görüşün hazırlıqlarına tam köklənəcəyik”.
Fevralın 18-də keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.

