Qurban Qurbanov etiraz səsini ucaltdı: “Heç kimlə düşmən deyilik, istəyirik ki...”

01:50 Qarabağ 79
Qurban Qurbanov etiraz səsini ucaltdı: “Heç kimlə düşmən deyilik, istəyirik ki...”

“Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur.

Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir?”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O,“İmişli”yə qarşı Misli Premyer Liqasında keçirilən matçdan (1:0) sonra Quba şəhər stadionunun meydançasından narazılıq edib. 53 yaşlı mütəxəssis bu zaman “İmişli”yə də etirazını bildirib.

“Bakıda məşq edib Qubada oynayırlar. Bakıda da oynasınlar.

Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kiml düşmənliyimiz yoxdur.

Sadəcə ,istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”- deyə o qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 Fevral 18:10 Çək və bizə göndər!
14 Fevral 04:00 Kim daha çox qazanır?
14 Fevral 03:10 “Çətin komandadır”