Qurban Qurbanov risk etmədi, onu tribunada əyləşdirdi - FOTOLAR

14 Fevral 16:20 Qarabağ 622
Qurban Qurbanov risk etmədi, onu tribunada əyləşdirdi - FOTOLAR

Misli Premyer Liqasının 20-ci turunda “İmişli” ilə qarşılaşan “Qarabağ” səfərə itki ilə yollanıb.

Sportinfo.az xəbər verir ki, əsas qapıçı Mateuş Koxalski Qubada keçirilən matça aparılsa da, iştirak ərizəsində yer almayıb.

Buna səbəb polşalı qolkiperin ayağında ağrıların olmasıdır. Odur ki, baş məşqçi Qurban Qurbanov risk etməyib. Polyak bu üzdən oyunu tribunada əyləşib.

“Qarabağ” növbəti oyununu Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq.

Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.


Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…