“Qarabağ”ın “1 nömrə“sinə təklif göndərən klubların sayı 15-i ötdü - SATACAQLAR?

16:00 Qarabağ 281
“Qarabağ”ın “1 nömrə“sinə təklif göndərən klubların sayı 15-i ötdü - SATACAQLAR?

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin taleyinə yayda aydınlıq gələcək.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, polşalı kiperın aldığı təkliflərin sayı durmadan artmaqdadır.

2024-cü ilin yayından burada forma geyinən “əlcək sahibi“nə son 2 ayda gələn dəvətlərin sayı 15-i keçib.

Ağdam təmsilçisi mayda yeni qapıçı tapsa, polyaka gələn təkliflərdən biri dəyərləndiriləcək.

Çünki ölkə çempionu ürəyi orada-burada olan, gah vətəninə qayıtmaq istədiyini deyən, gah Avropada oynamaq arzusuna düşən Koxalskini məcburi surətdə saxlamaq fikrində deyil. Qapıda könülsüz dayanacaqsa, ona güvənmək böyük riskdir axı.

Mateuşun müqaviləsində sərbəst qalma bəndi var. Həmin məbləğ 2,5 milyon avro təşkil edir. Bu bəndi yalnız İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klubları aktivləşdirə bilər.

Bundan əlavə, ou transfer edən komanda “köhlən atlar“a sonrakı satış faizinin 20 faizini ödəməli olacaq.

Yay transfer pəncərəsində bu maddə 1 iyul - 1 avqust tarixləri arasında qüvvədə olur. Qışda isə 10 yanvaradək keçərlidir. Lakin ikinci transfer dönəmində “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirərsə, klub keçidə razılıq verməyə bilər.

Koxalski daha əvvəl Polşa mətbuatına müsahibəsində “Vidzev Lodz"dən təklif aldığını təsdiqləmiş, ailə məsələrinə görə bu qış ölkəsinə qayıtmaq istədiyini söyləmişdi. Lakin müsahibədə o da məlum olmuşdu ki, "Qarabağ" rəhbərliyi futbolçunun qışda komandan ayrılmasına razılıq verməyib.

“Qarabağ” Koxalskini 2024-cü ilin yayında 1,2 milyon avro təzminat qarşılığında “Stal”dan (Polşa) alıb.

Həmin vaxt 3+1 illik müqaviləyə imza atmış 25 yaşlı qapıçı bu mövsüm Azərbaycan çempionu üçün 24 rəsmi oyun keçirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti