UEFA “Qarabağ”a neçə milyon avro ödəyib? - Avroliqaya görə

14 Fevral 12:40 Qarabağ 1 588
UEFA “Qarabağ”a neçə milyon avro ödəyib? - Avroliqaya görə

“Qarabağ”ın ötən mövsüm Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.

Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro (15 milyon 845 min 657 AZN) gəlir əldə edib.

Bunun 4 milyon 310 min avrosu (8 milyon 691 min 115 AZN) komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib.

Kommersiya gəlirləri 3 milyon 15 min avro (6 milyon 80 min 350 AZN) təşkil edib.

"Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min (923 min 648 azn), yekun sıralamaya əsasən isə 75 min avro (151 min 252 AZN) alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb
15 Aprel 01:20 Yenə daban-dabana…