“Qarabağ”a 2,5 milyon avro ödəyən olsa... Ayrılığın gizli şərti

19:20 Qarabağ 244
“Qarabağ”a 2,5 milyon avro ödəyən olsa... Ayrılığın gizli şərti

“Qarabağ”ın qapıçısı Mateuş Koxalskinin (Mateusz Kochalski) mövsümün sonunda Ağdam klubundan ayrıla biləcəyinə daha xəbərlər artmaqdadır. Xüsusən Polşa mediasında.

Sportinfo.az xəbər verir ki, növbəti dəfə belə bir iddianı Polşanın meczyki.pl saytı irəli sürüb və Koxalskinin komandadan ayrıla biləcəyini yazır.

Xəbərdə ən diqqətçəkən məqam isə 25 yaşlı futbolçu ilə Ağdam klubu arasındakı müqavilənin bəzi vacib məqamlarının açıqlanmasıdır.

Məlumata görə, Ağdam təmsilçisinin qolkiperlə müqaviləsində 2,5 milyon avro məbləğində sərbəstqalma maddəsi yer alıb.

Gələcək klubu həmçinin “Qarabağ”a növbəti transferdən 20 faiz pay ödəməli olacaq.

Bununla belə, qeyd olunan bənd Polşa klublarına şamil edilmir. Maddə yalnız futbolçu İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ klublarına keçəcəyi halda aktivləşə bilər.

Yay transfer pəncərəsində bu maddə 1 iyul – 1 avqust tarixləri arasında qüvvədə olur. Qışda isə 10 yanvaradək keçərlidir.

Lakin ikinci transfer dönəmində “Qarabağ” avrokuboklarda mübarizəni davam etdirərsə, klub keçidə razılıq verməyə bilər.

Koxalski daha əvvəl Polşa mətbuatına müsahibəsində “Vidzev Lodz"dən təklif aldığını təsdiqləmiş, ailə məsələrinə görə bu qış ölkəsinə qayıtmaq istədiyini söyləmişdi.

Lakin müsahibədə o da məlum olmuşdu ki, "Qarabağ" rəhbərliyi futbolçunun qışda komandan ayrılmasına razılıq verməyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti