“Qarabağ” onu göydə axtarırdı, yerdə tapdı

15:00 Qarabağ 310
“Qarabağ” onu göydə axtarırdı, yerdə tapdı

Bəzən elə oyunlar olur ki, onun müqəddəratını 1 nəfər həll edir.

Ağıl və ayaqlar burada sonluğu müəyyənləşdirir.

Joni Montiel «Qarabağ»ın yeni ulduzu olacaq. Biz ondan bir neçə ay sonra daha çox danışacağıq.

Sözümüzün əvvəlində də, axırında da ondan bəhs edəcəyik. Doya-doya söhbət açacaq, heyranlıqla izləyəcəyik onu.

Proqnoz deyil bu, vəddir.

İspaniyalı yarımmüdafiəçi Şamaxının ilk hissəsi qarla örtülmüş, ikinci hissəsi buz bağlamış o meydançasında «Qarabağ»ı fəlakətin qapısından geri qaytardı, xoşbəxtlik quşunu həm özünün, həm də yoldaşlarının başına qondurdu.

Öncə cərimə zərbəsindən qol vuraraq hesabı bərabərləşdirdi, 90+4-cü dəqiqədə isə əla reyd edərək Kamillo Durana məhsuldar ötürmə verdi.

Belə anlarda məsuliyyəti üzərinə götürən, qartal kimi rəqib qapısına tərəf şığıyan, topu hara ötürəcəyini əzbər bilən oyunçunun qiyməti olmaz.

Sən nə edirsən, Joni? «Qarabağ» göydə axtarırdı səni, yerdə tapdı.

İşdir, «Qarabağ» Şamaxı səfərində xal və ya xallar itirsəydi, çempionluq savaşında «Sabah»ın çox gerisində ilişib qalacaqdı. Aradakı fərq olacaqdı 7.

Və bu fərqi «əritmək» min bir zillət tələb edəcəkdi. «Sabah»ın sabit, möhtəşəm və sürətli çıxışı fonunda məlum xal nisbətini öz lehinə çevirmək «Qarabağ»ın gücünü aşardı böyük ehtimal.

Montiel iki mükəmməl hərəkəti ilə birincilik intriqasını qorudu, «Qarabağ»ı yıxılmağa qoymadı, ayaqda saxladı.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti