"Neftçi" mühüm qərar verdi, "Qarabağ"ın prezidentindən təşəkkür aldı

13 Fevral 00:40 Qarabağ 630
"Neftçi" mühüm qərar verdi, "Qarabağ"ın prezidentindən təşəkkür aldı

"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycan Premyer Liqasının 21-ci turunda "Neftçi" ilə keçirilməli olan oyunun təxirə salınmasına razılıq verdiyi üçün rəqib kluba xüsusi təşəkkür edib.

“Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələrək, Azərbaycan futbol tarixində yeni və əlamətdar səhifə açıb.

Bu, təkcə klubumuzun nailiyyəti deyil, eyni zamanda ölkə futbolunun beynəlxalq arenada artan nüfuzunun və davamlı inkişafının göstəricisidir.

“Nyukasl”a qarşı keçiriləcək pley-off mərhələsinin iki oyunu arasında cəmi 6 günlük fasilənin olması, həmçinin bu müddət ərzində komandanın İngiltərəyə uzun səfər edəcəyini nəzərə alaraq, klub Misli Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi” lə keçirilməli olan oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb.

Peşəkar Futbol Liqası da öz növbəsində Əsasnaməyə uyğun olaraq “Neftçi” PFK-nın razılığını alıb və qarşılaşmanın başqa tarixə keçirilməsi barədə qərar qəbul edib.

Sportal.az xəbər verir ki, “Qarabağ”ın prezidenti Tahir Gözel bununla bağlı Ağdam təmsilçisinin rəsmi saytına açıqlama verib.

O, göstərilən anlayış və dəstəyə görə “Neftçi” klubuna təşəkkürünü bildirib:

“Oyunun təxirə salınması ilə bağlı göstərilən anlayış və konstruktiv mövqeyə görə “Neftçi” PFK-nın rəhbərliyinə və İdarə Heyətinə səmimi təşəkkürümü bildirirəm.

“Neftçi”bu qərarı ilə bir daha öz futbol ənənəsinə, əsalətinə və Azərbaycan futbolunun ümumi maraqlarına sadiqliyini nümayiş etdirdi.

Bu addım sübut etdi ki, rəqabət nə qədər prinsipial olsa da, milli ruh, qarşılıqlı hörmət və birlik hər zaman prioritet olaraq qalır.

İnanıram ki, bu cür yanaşmalar ölkə futbolunun inkişafına və klublar arasında sağlam münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda, müraciətimizə Əsasnaməyə uyğun, operativ və obyektiv şəkildə yanaşdığına görə Peşəkar Futbol Liqasına minnətdarlığımı bildirirəm.

“Neftçi” PFK-ya gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti