“Qarabağ”dan yeni qiymətlər - Ən azı 10, ən çoxu 1000 manat

13:20 Qarabağ 148
“Qarabağ”dan yeni qiymətlər - Ən azı 10, ən çoxu 1000 manat

Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Nyukasl” (İngiltərə) oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışdadır.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın standart biletlərinin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat olacaq.

VIP sektorlar: 200, 250, 300 və 400, VVIP sektorların qiyməti isə 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.

"Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də keçiriləcək və saat 21:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti