Nəriman Axundzadəni “Kolumbus Kru”ya satan “Qarabağ” müqaviləyə xüsusi bənd əlavə edib.
ABŞ-nin MLS liqasında çıxış edən klub azərbaycanlı hücumçunu üçüncü tərəfə satarsa, qazanacağı pulun bir hissəsini “köhlən atlar“a ödəyəcək.
Söhbət həmin məbləğin 20 faizindən gedir.
Ohayo təmsilçisi 22 yaşlı forvardla 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Bu mövsüm Premyer Liqada 13 matçda 3 qol vuran forvardın satışından “Qarabağ” az pul qazanmayıb.
“Kolumbus Kru” təzminat olaraq Ağdam klubuna 1,5 milyon avro təzminat ödəyəcək. Göstərilən məbləğ hissə-hissə “köhlən atlar“ın bank hesabına köçürüləcək.
“Xəzər Lənkəran“ın yetirməsinin qazancı da bizə məlumdur. O, ilk mövsüm ərzində 1 milyon dollar əldə edəcək. Növbəti sezonlarda isə bu rəqəm bir qədər də artacaq.
Müqayisə üçün deyək ki, bu, onun “Qarabağ“da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada 12 min manat maaş almasını xatırladaq.
SPORTİNFO.AZ

