"Qarabağ"dan "Kolambus Kryu"ya (ABŞ) transfer olan Nəriman Axundzadə sosial şəbəkə hesablarında yeni paylaşım yerləşdirib.
Sportinfo.az xəbər verir ki, o, Ağdam təmsilçisi ilə vidalaşıb.
22 yaşlı hücumçu "Qarabağ"ın heyətində keçirdiyi oyunlarda çəkilən fotoları izləyiciləri ilə bölüşüb. Nəriman bu sözləri yazıb: "Çox sağ ol, böyük "Qarabağ" ailəsi!"
"Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.


