“Mənə təklif var idi, sonda belə bir qərar verdim” - “Qarabağ”ın müdafiəçisi

01:10 Qarabağ 106
“Mənə təklif var idi, sonda belə bir qərar verdim” - “Qarabağ”ın müdafiəçisi

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Çinin “Şençjen Penq Siti” klubuna baş tutmayan keçidini şərh edib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə Aaçıqlama verib.

“Bəli, təklif var idi. Sonda belə bir qərar verdim. Açığı, hazırda bununla çox da maraqlanmıram. Bütün fikrim “Qarabağ”dadır”, - deyə Mustafazadə bildirib.

Bəhlul Mustafazadə 2021-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Onun Çin klubuna keçidi gözlənilsə də, o, “Qarabağ”ın qarşıdakı oyunlarına görə Azərbaycan klubunda qalmağa üstünlük verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 18:10 Çək və bizə göndər!
11 Fevral 03:50 Lamiyə rekorda imza atdı