“Qarabağ” Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşündə məğlubiyyətdən qaça bilmədi.
Şaxtalı və dumanlı hava şəraitində baş tutan qarşılaşmada ağdamlılar Şamaxıda yerli komandaya uduzdu – 1:2.
Oyun başa çatandan sonra bölgəyə səfər edən “Qarabağ” azarkeşləri əsl dəstək nümayiş etdirərək məğlub olan komandanı alqışladı.
Həmin vaxt futbolçuların böyük əksəriyyəti qonaq fanatların yer aldığı tribunanın qarşısına tərəf yön alıb onlara təşəkkür etmək əvəzinə paltardəyişmə otağının yolunu tutdu.
Lakin dörd nəfər – kapitan Bədavi Hüseynov, Musa Qurbanlı, Toral Bayramov və Fabyan Buntiç azarkeşlərlə təmasda olmağı özlərinə borc bildilər.
Onlar tərəfdarlara təşəkkür etdi, azarkeşlər də onlara.
Əslində, Abdullah Zubir, Marko Yankoviç və Joni Montiel də həmin istiqamətə yollanmışdı. Məlum oldu ki, onların niyyəti “Qarabağ”sevərlərə təşəkkür etmək yox, oyundan sonrakı məşq prosesini icra etməkdir.
HƏBİB / SPORTİNFO.AZ
Həmin görüntüləri təqdim edirik.

