Azərbaycanlı forvardı necə və niyə transfer ediblər?

11:20 Qarabağ 290
Azərbaycanlı forvardı necə və niyə transfer ediblər?

“Kolambus Kru” dünən “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin transferini rəsmiləşdirib.

Sportinfo.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı həmyerlimiz MLS-in gənc istedadlar üçün nəzərdə tutulmuş “U22 Initiative” proqramı çərçivəsində komandaya cəlb olunub.

Sözügedən mexanizm klublara gənc və perspektivli oyunçularla büdcə baxımından sərfəli müqavilələr bağlamağa geniş imkanlar yaradır.

Peşəkar karyerasına “Qarabağ”da başlayan Axundzadə ötən üç mövsüm ərzində ümumilikdə 35 qol vurmağı bacarıb. O, 2023-cü ildən etibarən Azərbaycan millisinə dəvət alır.

Hazırda “Kolambus Kru”da “U22 Initiative” statusu ilə çıxış edən digər futbolçular İbrahim Aliyu və Huqo Pikardır.

Ohayo təmsilçisi Nərimanla 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Axundzadə ABŞ-də idmançılar üçün nəzərdə tutulan xüsusi P-1 vizasını aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə qoşulacaq.

Klubun rəsmi paylaşımında oyunçunun texniki bacarıqları və sürəti xüsusi vurğulanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan