Nəriman Axundzadə ABŞ-da MİLYONÇU olacaq - Alacağı maaşa təəccüblənəcəksiz!

09:40 Qarabağ 381
Nəriman Axundzadə ABŞ-da MİLYONÇU olacaq - Alacağı maaşa təəccüblənəcəksiz!

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-nin MLS liqasında çıxış edən “Kolumbus Kru”ya transferi rəsmiləşib.

Ohayo təmsilçisi 22 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Bu mövsüm Premyer Liqada 13 matçda 3 qol vuran forvardın satışından “Qarabağ” az pul qazanmayıb.

“Kolumbus Kru” təzminat olaraq Atdam klubuna 1,5 milyon avro təzminat ödəyəcək. Göstərilən məbləğ hissə-hissə “köhlən atlar“ın bank hesabına köçürüləcək.

“Xəzər Lənkəran“ın yetirməsinin qazancı da bizə məlumdur. O, ilk mövsüm ərzində 1 milyon dollar əldə edəcək. Növbəti sezonlarda isə bu rəqəm bir qədər də artacaq.

Müqayisə üçün deyək ki, bu, onun “Qarabağ“da aldığı əməkhaqqıdan kifayət qədər çoxdur. Nərimanın burada 12 min manat maaş almasını xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan