"Qarabağ" Misli Premyer Liqasının XIX turunda son dəqiqə qolu ilə "Şamaxı"nı məğlub edib.
Sportinfo.az xəbər verir ki,Şamaxı şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
14-cü dəqiqədə meydan sahiblərinin heyətində Oruc Məmmədov hesabı açıb.
18-ci dəqiqədə Ağdam təmsilçisinin yarımmüdafiəçisi Joni Montiel cərimə zərbəsindən baxımlı qola imza atıb. 90+4-cü dəqiqədə isə Kamilo Duran adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Qarabağ" ikinci pillədə qərarlaşıb. 23 xalı olan "Şamaxı" 8-ci sıradadır.
"Şamaxı" - "Qarabağ" 1:2
Şamaxı şəhər stadionu, 900 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüsal Məmmədov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Alfons Msanqa, 59 (qeyri-idman hərəkəti); Emil Süleymanov, 90+2 (qeyriidman hərəkəti); Arsen Ağcabəyov, 90+5 (hakimin qərarına etiraz) // Bəhlul Mustafazadə, 40 (qeyri-idman hərəkəti); Joni Montiel, 56 (qeyri-idman hərəkəti); Mateus Silva, 63 (qeyriidman hərəkəti); Kamilo Duran, 90+5 (qeyri-idman hərəkəti)
Qollar: Oruc Məmmədov, 14 // Joni Montiel, 18; Kamilo Duran, 90+4
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Şamaxı”
1. Rikardo Fernandes
5. Arsen Ağcabəyov (k)
2. Abdulla Rzayev
97. Oruc Məmmədov
(21. Bilal İsmayılov, 90+1)
82. Rüfət Abbasov
9. Karim Rossi
(19. Abdullahi Şuaybu, 84)
10. Andrey Tirkoveanu
(7. Edqar Adilxanov, 46)
11. Dioqo Balau
(48. Ramiz Muradov, 90+1)
4. Sezar Enrike
44. David Santos
8. Alfons Msanqa
(27. Emil Süleymanov, 84)
Ehtiyat oyunçular:
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
77. Nihat Mehralıyev
14. Ravil Qafarov
90. Davud Mənsumov
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”
99. Mateus Koxalski
13. Bəhlul Mustafazadə
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 65)
10. Abdullah Zubir (k)
81. Kevin Medina
20. Kadi Borqes
(22. Musa Qurbanlı, 65)
2. Mateus Silva
9. Joni Montiel
15. Leandro Andrade
35. Pedro Bikalyo
17. Kamilo Duran
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
77. Ramil Şeydayev
32. Hikmət Cəbrayılzadə
3. Sami Mmae
18. Dani Bolt
6. Kris Kuaku
21. Aleksey Kaşuk
11. Emmanuel Addai
24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov

