“Gəlin, “Liverpul”u bu siyahıdan çıxaraq, günahı özümüzdə axtarmalıyıq”

10 Fevral 23:40 Qarabağ 106
“Gəlin, “Liverpul”u bu siyahıdan çıxaraq, günahı özümüzdə axtarmalıyıq”

“Gəlin, “Liverpul”u bu siyahıdan çıxaraq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın qapıçısı Fabian Buntiç deyib.

“Liverpul”, “Kəpəz” və “Şamaxı” ilə matçlarda “Qarabağ” öz qapısından 10 top buraxıb. Bunu nə ilə əlaqələndirmək olar?

Almaniya pasportu daşıyan xorvat kipper bu haqda sualı aşağıdakı kimi cavablandırıb:

“Liverpul” hazırda dünyanın ən yaxşı komandalarından biridir. “Liverpul”un 6 qol vurduğu tək komanda biz deyilik.

O gün də “Nyukasl”ı 4 dəfə məyus etdilər. Deməyim odur ki, “Liverpul”a böyük hesablı məğlubiyyəti şişirtməyə gərək yoxdur.

“Kəpəz” və “Şamaxı”yla oyunlara gəlincə, səhvlərimiz ucbatından uduzduq. Günahı özümüzdə axtarmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq