“Elə oynamaqda davam etsək, çempionluq çətin olacaq” – “Qarabağ”lı etiraf etdi

20:00 Qarabağ 318
“Elə oynamaqda davam etsək, çempionluq çətin olacaq” – “Qarabağ”lı etiraf etdi

“Sabah”la “Qarabağ” arasındakı amansız çempionluq mübarizəsi davam edir.

Ötən mövsüm Azərbaycan kubokunun finalında “köhlən atlar”ı üstələməyi bacaran “tələbələr” bu dəfə çempion titulunu arzulayır.

Hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Sabah” əsas rəqibini 4 xal qabaqlayır.

Komandaların öz aralarında 2 vacib oyunun olduğunu nəzərə alsaq, çox güman, “qızıl”ın taleyi həmin duellərdə öz həllini tapacaq.

Maraqlıdır, “Qarabağ” düşərgəsində gərgin mübarizə ilə bağlı nə düşünürlər? “Sabah”ın çempionuğunu göz önünə gətirirlər? Mövsümün sonunu özləri üçün necə təsəvvür edirlər?

“Qarabağ”ın Belçikadan olan müdafiəçisi Sami Mmaee Sportinfo.az-a açıqlamasında qısa, amma tutarlı danışıb:

“İndidən mövsümün sonunu düşünmək doğru olmaz. İnanmıram ki, hansısa komandada işə bu cür yanaşsınlar.

Biz hər qarşıdan gələn matçı düşünürük. “Şamaxı”yla kubok matçındakı kimi oynamaqda davam etsək, təbii ki, çempionluq çətin olacaq.

Kollektiv halında daha yaxşı olmağa çalışmalıyıq. Çünki bunun üçün gücümüz var. Sonda sevinən tərəf olmaq istəyirik”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti