Nərimanın ABŞ klubuna keçidi BU SƏBƏBLƏRDƏN yubanıb

20:20 Qarabağ 303
Nərimanın ABŞ klubuna keçidi BU SƏBƏBLƏRDƏN yubanıb

“Qarabağ”ın ən çox tənqid olunan futbolçusu Nəriman Axundzadə karyerasını ABŞ-da davam etdirəcək.

21 yaşlı hücumçu MLS Liqasında mübarizə aparan “Kolombus Kryu” ilə anlaşıb.

Sual doğuran məqamlardan biri transferin niyə bu qədər yubanaraq fevral ayına təsadüf etməsidir. Çünki klublar arasındakı danışıqlar uzun zamanı əhatə edib.

Sportinfo.az xəbər verir ki, Amerika klublarının Axundzadəyə marağı ötən ilin yayında yaranıb. Nəriman Çempionlar Liqasının təsnifat mərhələsində 2 qol və 2 məshuldar ötürmə ilə diqqət çəkəndə.

Həmin vaxtdan “Qarabağ”a bir neçə klubdan müraciət ünvanlanıb. Bir müddət davam edən danışıqların yekununda “köhlən atlar” “Kolombus Kryu”nun transferdə son dərəcə iddialı olduğunu hiss edərək digər variantları kənara qoyub.

Sentyabr ayında başlayan danışıqlar və müzakirələr ilin son aylarında sürətini artırıb. Keçid yanvara qədər gerçəkləşməliymiş.

Lakin komandada baş məşqçi dəyişikliyinin baş verməsi rəsmiləri bir qədər ehtiyatlı davranmağa məcbur edib. Yeni baş məşqçinin təyinatını gözləyiblər ki, Nərimanın keçidi ilə bağlı fikrini bildirsin.

Yanvarda “sükan” arxasına keçən isveçli Henrik Ridström azərbaycanlı futbolçunun tam incələdikdən sonra rəhbərliyə öz razılığını bildirib.

ABŞ-a yollanmaq, orada yaşamaq və ya işləmək icazəsi almaq ciddi zaman tələb etdiyinə görə, klublar keçid barədə anons verməyə tələsməyib. Bu iş müəyyən qədər vaxt aparıb.

Transferlə bağlı müqavilə şərtləri, eləcə də sənədlərin qaydasına salınması öz həllini tam tapandan sonra millimizin hücumçusunun ABŞ klubuna keçidi dəqiqləşib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti