"Qarabağ"dan Nəriman transferinə maraqlı reaksiya: "İndi Messi düşünsün"

10 Fevral 22:20 Qarabağ 375
"Qarabağ"dan Nəriman transferinə maraqlı reaksiya: "İndi Messi düşünsün"

Nəriman Axundzadənin karyerasını ABŞ-da davam etdirəcəyini günlər öncədən ilk olaraq biz xəbər vermişdik.

Bu gün isə "Qarabağ" klubu hücumçu ilə bağlı öz sosial şəbəkə hesabından məlumat yayıb.

Postda gənc forvarda görə MLS təmsilçisi "Kolumbus Kryu" danışıqların bitdiyi açıqlanıb.

Ağdam klubunun fanatları da bu keçidə biganə qalmayıb.

Bəzi maraqlı şərhləri sizə təqdim edirik:

"İndi Messi düşünsün".

"Uğurlar, yolu açıq olsun".

"Görək Nəriman gedəndən sonra sürü psixologiyası ilə hərəkət edənlər hansı yerli gənc futbolçumuzu hədəfə alıb həvəsdən salacaqlar?".

"Qarabağ" tarixinin bəlkə də ən vacib 5 qolundan birini vurub. Allah yolunu açıq eləsin, uğurlar".

"Futbolçumuza legioner həyatında uğurlar arzulayıram".

"Hamımız tənqid etdiyimiz oyunçunun fanatı olacağıq".

"Görəsən, amerikalıların Nərimanda gördüyü nədir ki, biz onu görə bilmirik?".

"Geri qayıtmayana kimi uğurlar".

"Ölkəmizi layiqincə təmsil edər, inşallah".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq