“Sportinfo”nun böyük transfer xəbəri rəsmən təsdiqləndi - “Qarabağ”dan getdi!

11:40 Qarabağ 314
“Sportinfo”nun böyük transfer xəbəri rəsmən təsdiqləndi - “Qarabağ”dan getdi!

“Qarabağ” Nəriman Axundzadənin MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubuna keçəcəyini rəsmən elan edib.

Bu haqda Ağdam təmsilçisi məlumat yayıb.

Qeyd edilib ki, ABŞ klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.

Mövcud razılaşmaya əsasən, hücumçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.

Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.

Saytımızın əldə etdiyi son dəqiqə məlumatına görə, 22 yaşlı forvard ABŞ-yə yollanmaq üçün bu ölkənin Bakıdakı səfirliyinə müraciət ünvanlayıb.

Viza alandan sonra okeanın o tayına üz tutaraq, "Kolumbus Kru"nun düşərgəsinə baş çəkəcək. O, şəraitlə yerində tanış olacaq, klubun rəhbərliyi ilə görüşəcək, şəxsi müqavilə şərtlərini müzakirə edəcək.

Bir daha diqqətə çatdırırıq ki, Nəriman Axundzadənin "Kolumbus Kru" ilə anlaşması haqda ilk xəbərlər saytımıza məxsusdur.

HƏMİN LİNKLƏR:

https://www.sportinfo.az/idman_xeberleri/qarabag/242225.html

https://www.sportinfo.az/idman_xeberleri/qarabag/242248.html

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti