“Qarabağ”ın ispaniyalı yeni ulduzu: “Orada nə olar, olar”

14:00 Qarabağ 171
“Qarabağ”ın ispaniyalı yeni ulduzu: “Orada nə olar, olar”

“Komandamız Avropanın, hətta dünyanın ən yaxşılarının yarışdığı turnirdə uğurlu nəticələr əldə edir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın ispaniyalı legioneri Coni Montiel deyib.

28 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nyukasl”a qarşı oyun keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb:

“Təbii ki, bizim də öz imkanlarımız var. Xüsusilə Bakıdakı oyunda müsbət nəticə əldə etməyə çalışacağıq. Orada da nə olar, olar”.

“Qarabağ” fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda “Nyukasl”ı qəbul edəcək.

Tərəflər arasında cavab qarşılaşması bir həftə sonra İngiltərədə “Sent Ceyms Park” arenasında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti