"Qarabağ"a nə yer verdilər?

01:00 Qarabağ 147
"Qarabağ"a nə yer verdilər?

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Nyukasl” - “Qarabağ” matçında Ağdam təmsilçisinin azarkeşləri üçün ayrılan bilet sayı məlum olub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidmətinin rəhəbri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, İngiltərə təmsilçisi "Qarabağ" fanatları üçün 2466 yer ayırıb.

"St James' Park"da keçiriləcək “Nyukasl” – “Qarabağ” matçının biletləri bu gün saat 15:00-dan etibarən satışda olacaq. Azarkeşlər biletlərini iTicket.az saytından əldə edə bilərlər.

"Nyukasl"la "Qarabağ" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 Fevral 18:10 Çək və bizə göndər!