Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la "ST James' Park"da keçiriləcək matçı izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılıb.
Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti: 115 manatdır.
Azarkeşlər vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edə bilərlər. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
"Qarabağ" azarkeşləri üçün "ST James' Park"da 2466 yer ayrılıb.
"Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-ü, Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, Bakı vaxtı ilə 00:0-da başlayacaq.

