Qazaxıstanda rəhbər vəzifə tutan şəxs: "Başa düşməliyik ki, "Qarabağ" əvvəllər də...”

14:20 Qarabağ 163
Qazaxıstanda rəhbər vəzifə tutan şəxs: "Başa düşməliyik ki, "Qarabağ" əvvəllər də...”

Qazaxıstanın keçmiş futbolçusu və hazırda "Şımkent" futbol akademiyasının rəhbəri olan Elmar Nəbiyev "Qarabağ"ın Çempionlar Liqasında xeyli yaxşı çıxış edib pley-offa vəsiqə qazanmasının, "Kayrat"ın isə buna nail ola bilməməsinin səbəbləri ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az sports.kz portalına danışan sabiq futbolçu Azərbaycan çempionu barədə bunları deyib:

"Başa düşməliyik ki, "Qarabağ" əvvəllər də Çempionlar Liqasının əsas mərhələsində iştirak edib. Amma onda nəticələri elə də yaxşı deyildi.

Bu dəfə isə komanda yarışa zəngin təcrübə ilə yaxınlaşdı. İnamlı oynayan Azərbaycan çempionu əla qələbələr və nəticələr əldə etdi".

Ümumi hesabda 22-ci yeri tutan "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı və burada "Nyukasl" ilə qarşılaşacaq, "Kayrat" isə turnir cədvəlində sonuncu pilləni tutub.

Nəbiyev "Ordabası, "Kızıljar", "Maktaaral" kimi komandalarda oynayıb

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti