"Açığı, onların 1/8 finala yüksələcəyini təsəvvür etmək mənə çətindir”.
Sportinfo.az xəbər verir ki, bunu Belarus millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Qleb deyib.
Vaxtilə “Barselona” və “Arsenal”ın formasını geyinmiş orta sahə oyunçusu Çempionlar Liqasının ümumi mərhələsinin yekunları və pley-off mərhələsinin püşkü barədə fikirlərini bölüşüb.
44 yaşlı Qleb “Qarabağ”ın növbəti mərhələ şanslarını real qiymətləndirməyə çalışıb.
O, Ağdam klubunu pley-off mərhələsində “Nyukasl”la ağır oyun gözlədiyini, lakin itiriləcək heç nəyin olmadığını bildirib:
“Onları aşkar favoritlərlə görüşlər gözləyir: norveçliləri “İnter”, azərbaycanlıları “Nyukasl”la oyunlar. Digər tərəfdən, belə komandaların itirəcəyi bir şey yoxdur, iştah isə yemək zamanı artır.
Pley-off mərhələsində ustalıqdan başqa bəxt də çox böyük rol oynayır. Bəzən hər şeyi şansla birbaşa bağlı olan ayrı-ayrı epizodlar həll edir”.

