"Pley-offa çıxdığımıza görə o qədər də sevinmədik” - Şahruddin Məhəmmədəliyev

9 Fevral 02:00 Qarabağ 340
"Pley-offa çıxdığımıza görə o qədər də sevinmədik” - Şahruddin Məhəmmədəliyev

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev Çempionlar Liqasının 8-ci turunda “Liverpul”a 6:0 hesabı ilə məğlub olduqdan sonra komandanın oyunçularının emosiyalarından danışıb.

“Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib.

“Liverpul”la oyundan sonra pley-offa çıxdığımıza görə o qədər də sevinmədik; bu qədər böyük hesabla uduzmaq istəmirdik.

Dünya səviyyəli güclü komandayla döyüşəcəyimizi gözləyirdik. Məyus olduq, amma nəticə belə oldu.

“Ayntraxt”la əvvəlki oyundan sonra daha xoşbəxt idik, çünki 99% pley-offa çıxdığımızı bilirdik. Hələ ki, tam rahat ola bilmirdik, amma Liverpuldakından daha xoşbəxt idik", - Məhəmmədəliyev “Championat”ın müxbiri Vladimir Çetverikə deyib.

“Qarabağ” Çempionlar Liqası əsas mərhələsini turnir cədvəlində 22-ci yerdə başa vurub.

Turnir zamanı Azərbaycan klubu “Benfika”nı (3:2) və "Ayntraxt Frankfurt"u (3:2) məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti