“Neftçi”nin cavabını meydanda verməyi bacaracağıq” – “Qarabağ”lı qapıçı ilə MÜSAHİBƏ

8 Fevral 22:30 Qarabağ 234
“Neftçi”nin cavabını meydanda verməyi bacaracağıq” – “Qarabağ”lı qapıçı ilə MÜSAHİBƏ

“Qarabağ”ın qapıçısı Fabyan Buntiç Sportinfo.az-a müsahibə verib.

28 yaşlı xorvatiyalı komandasının Azərbaycan kubokunda “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olduğu matçdan sonra sualları cavablandırıb.

- Paltardəyişmə otağındakı ab-havanı sözlə təsvir edə bilərsən?

- Uduzduğumuza görə məyusluq var və bu da normaldır. Görüşün sonlarına yaxın vurduğumuz qol cavab oyunu öncəsi çox vacib idi. Yarımfinala yüksəlmək üçün işimizi nisbətən yaxşılaşdırdıq. 0:2-dən sonra çətin ola bilərdi.

- Fevralın 10-da bu hava şəraitində və bu stadionda yenə “Şamaxı”ya qarşı oynayacaqsınız. Psxioloji durumu qaydasına salmaq mümkün olacaq?

- Süni örtükdə oynamaq heç bir futbolçu üçün asan deyil. Özünə görə çətinlikləri var. Üstəlik, “Şamaxı” müdafiə olunmağı yaxşı bacarır. Açıq desəm, bu cür dumanlı havada heç nə görmürdüm. Ona görə də rəqibin vurduğu iki qolu izləməklə kifayətləndirdim. Lakin heç bir halda yenilgini dumanın üstünə atmamalıyıq. Daha yaxşı oynamaq və uğurlu nəticə qazanmaq üçün gücümüz və təcrübəmiz var. Ümid edirəm ki, çempionat matçında sevinən tərəf biz olarıq.

- Fevralın 21-də “Neftçi” ilə vacib oyununuz var. Lakin qarşı tərəf matçın təxirə salınmaq təklifinə isti yanaşmayıb. Belə olmalıydı, yoxsa “Neftçi” fərqli münasibət göstərə bilərdi?

- “Qarabağ” Avropada tək klubu yox, həm də Azərbaycanı təmsil edir. Bu cür turnirdə 24 komandanın arasında yer almaq həqiqətən möhtəşəm nəticədir. Matçın başqa vaxta keçirilməsi ilə bağlı müraciət biz futbolçuların daha çox istirahət etməsinə hesablanmışdı. Çünki Bakıdan Nyukasla 7-8 saatlıq məsafə var. Lakin “Neftçi” bununla razılaşmırsa, başqa yolumuz yoxdur, meydana çıxıb oynamalıyıq. Bizə hansısa mənada jest edə bilərdilər. Etmək istəmədilərsə, deməli, oynamalıyıq. Ümid edirəm ki, bunun cavabını meydanda verməyi bacaracağıq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət