”Qarabağ” yalnız komanda deyil, döyünən ürəyimizdir” - VİDEO

16:30 Qarabağ 131
”Qarabağ” yalnız komanda deyil, döyünən ürəyimizdir” - VİDEO

“Qarabağ” yalnız futbol komandası deyil”.

Bu fkirlər “YaaRa Tekstil”in sahibi və direktoru Yaqut Bayrama aiddir.

İllərdir futbol başda olmaqla, ölkənin idman sektoruna dəstək verən iş adamı Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan Ağdam klubuna öz dəstəyini nümayiş etdirib:

”Qarabağ” bizim qürur mənbəyimiz və döyünən ürəyimizdir. ”Qarabağ” xalqımızın güc birliyidir, həyata keçən arzusudur. Bir sıra yeniliklərimiz var. daha gözəl yerlərdə olacağıq”.

Qısa müddət ərzində Azərbaycanın tekstil sahəsində tanınan “YaaRa” markası artıq bir brend hesab olunur.

Təsadüfi deyil ki, idmanın bir çox sahələrində hər zaman idmançılara göz oxşayan geyimlər təqdim eləyən “YaaRa Tekstil” hal-hazırda Azərbaycanda 250-dən çox yerli və xarici şirkətlərlə əməkdaşlıq edir.

Bugün ölkəmizdə ən öndə gedən tekstil şirkətlərindən biri olaraq gələcək üçün markanın əsas hədəfi “MADE IN AZERBAIJAN” başlığı altında xarici bazarlara açılmaqdır.

"SPORTİNFO TV"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti