Kadi proqnoz verməyə ehtiyat etdi: “Allahın əlindədir”

13:35 Qarabağ 163
Kadi proqnoz verməyə ehtiyat etdi: “Allahın əlindədir”

“Məncə, rəqibi keçib-keçməyəcəyimizi, “Nyukasl”la oyunu indidən düşünməyə ehtiyac yoxdur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Kadi Borges deyib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda “Nyukasl”la keçiriləcək oyun barədə fikirlərini bölüşüb:

“Sadəcə, meydana çıxıb son dəqiqəyə qədər mübarizə aparmalı və ən yaxşı oyunuzu göstərməliyik. Nəticənin necə olacağı isə Allahın əlindədir”.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçı fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti