Azərbaycan səfirliyi “Qarabağ”dan ötrü kollektiv məclis qurdu - FOTOLAR

04:10 Qarabağ 101
Azərbaycan səfirliyi “Qarabağ”dan ötrü kollektiv məclis qurdu - FOTOLAR

Çempionlar Liqası çərçivəsində “Qarabağ” və “Ayntraxt” arasında Bakıda keçirilən qarşılaşma (3:2) Berlində də böyük maraqla izlənilib.

Sportindo.az xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində oyuna kollektiv baxış təşkil olunub.

Qarşılaşmaya baxış üçün mərkəzin zalında böyük monitor quraşdırılıb, lazımi texniki şərait yaradılıb.

Oyunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, səfirliyin əməkdaşları, Berlində yaşayan azərbaycanlı soydaşlarımız, eləcə də Almaniyanın idman ictimaiyyətinin təmsilçiləri və media nümayəndələri birlikdə izləyiblər.

Azərbaycan futbolunun beynəlxalq arenadakı çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Ağdam klubunun oyunun son dəqiqəsində vurduğu qələbə qolu isə zalda əsl bayram ab-havası yaradıb.

İştirakçılar sevinclərini coşqun alqışlar və sevinc nidaları ilə ifadə ediblər. Bu yaddaqalan an azarkeşlərə Azərbaycanın idman uğurlarının qürurunu bir daha yaşadıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Yanvar 18:10 Çək və bizə göndər!