“Qarabağ”ın hücumçusu ÇL-in ən qolçu “TOP-10”unda

23 Yanvar 00:40 Qarabağ 853
“Qarabağ”ın hücumçusu ÇL-in ən qolçu “TOP-10”unda

“Qarabağ”ın hücumçusu Kamilo Duran Çempionlar Liqasının bombardirlər siyahısında yer alıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun kolumbiyalı futbolçusu TOP-10-luqda yer alır.

Ehtiyatında 4 qolu olan 23 yaşlı oyunçu 9-cu yeri tutur. Duranla yanaşı daha 10 futbolçu 4 dəfə rəqib qapılarına yol tapıb.

Bombardirlər siyahısına 11 qolla “Real”ın hücumçusu Kilian Mbappe başçılıq edir.

“Qarabağ”ın daha bir futbolçusu Leandro Andrade isə 3 qolla 20-ci pillədə qərarlaşıb.

Kamilo Duran dünən “Ayntraxt”a qarşı görüşdə (3:2) 2 qol vurub. O, həm də matçın ən yaxşı oyunçusu seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM