“Qarabağ”da ŞOK! Dünən qələbə qolunu vurdu, “mən getmək istəyirəm” söylədi - SON DƏQİQƏ

22 Yanvar 13:00 Qarabağ 4 357
“Qarabağ”da ŞOK! Dünən qələbə qolunu vurdu, “mən getmək istəyirəm” söylədi - SON DƏQİQƏ

Dünən «Qarabağ»a Çempionlar Liqasında üçüncü qələbənin sevinc hissini yaşadan Bəhlul Mustafazadə şok qərar verib.

«Ayntraxti»la matçda «köhlən atlar»a 3:2 hesablı qalibiyyət bəxş edən müdafiəçi klubdan ayrılmaq istəyindədir.

O, klub rəsmiləri və baş məşqçi Qurban Qurbanovla görüşərək, bu niyyəti barədə məlumat verib.

Ağdam təmsilçisində dördüncü mövsümünü keçirən arxa xətt oyunçusu fikrinin qəti olduğunu, yaxın günlərdə planını reallaşdırmağa hazırlaşdığını söyləyib.

«Qəbələ»nin yetirməsi bildirib ki, ona müxtəlif ölkələrdən təkliflər var və məqsədi legioner həyatı yaşamaqdır.

Millinin üzvü 2021-ci ildən «köhlən atlar»ın sıralarındadır. Onun «Qarabağ»la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM