Qurban Qurbanov həzz almaqdan danışdı: “Xeyirlisi, Allah köməyimiz olsun”

04:40 Qarabağ 95
Qurban Qurbanov həzz almaqdan danışdı: “Xeyirlisi, Allah köməyimiz olsun”

“Liverpula inamlı gedəcəyik. Heç bir komandaya o stadionda oynamaq asan deyil”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qarabağ” - “Ayntraxt” (3:2) matçından sonra jurnalistlərə açıqlamasında deyib.

“İngiltərənin ən çılğın azarkeşləri olan klubudur. Həmin oyunda futbolçularımdan çəkinmədən oynamağı istəyəcəyəm.

Böyük futbol dedikdə, elə bir nömrəli stadionlardan biri “Enfild Roud”dur. Ən davakar azarkeşləri ilə seçilib, Avropanın bütün şəhərlərində bir problem yaradıblar.

Belə stadionda oynamaq futbolçularıma böyük ləzzət verməlidir. Futbolçulardan bunu tələb edəcəyəm ki, minimum bu oyunu qoruyub saxlasınlar. Xeyirlisi, Allah köməyimiz olsun. Azarkeşlərimizin də bu oyundan həzz almasını istəyərdim”, - o qeyd edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!