“Onu sıxırdım, deyirdim ki...” - VİDEO

22 Yanvar 04:30 Qarabağ 591
“Onu sıxırdım, deyirdim ki...” - VİDEO

“Axır vaxtlarda Elvini çox sıxırdım, çox danlayırdım.

Bugünkü oyuna görə yox, mənə elə gəlir ki, Elvinin bu gün ən intizamlı, ən təcrübəli oyunlarından biri və birincisi idi”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

“Elvində müdafiədə səhvlər çox görmüşük, hücuma gedəndə müdafiəyə ləng qayıtdığını görmüşük. Ona deyirdim ki, bu kənardan bir az məsuliyyətsizlik kimi görünür.

Bu gün onu tam təcrübəli futbolçu kimi gördüm. Onu başa düşürdüm.

Sadəcə, gücünü düzgün bölüşdürə bilmirdi. O qədər cəsarətli hücuma gedir ki, hər qurulan hücumda iştirak edirdi.

Bu gün demişdim ki, biz hələ tam hazır deyilik, gücümüzü düzgün bölüşdürməliyik. Məşqlərdə ondan razı idim, birinci hissədən sonra da fikrimi bildirmişdim”.

Digər Xəbərlər
Xəbər Lenti
9 Sentyabr 23:40 Yeganə qol - VİDEO
9 Sentyabr 17:30 Çək və bizə göndər!
9 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM