“Qarabağ”ın başqanından “möcüzə” AÇIQLAMAsı: “Bu, pul gücünə edilməyib” - VİDEO

03:00 Qarabağ 79
“Qarabağ”ın başqanından “möcüzə” AÇIQLAMAsı: “Bu, pul gücünə edilməyib” - VİDEO

“Dünən xalqımız matəm gününü yaşadı, bu gün xalqımızı sevindiririk.

Prezidentimiz Avropadadır. Tarixdə birinci dəfədir ki, biz Almaniyanı uduruq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağı”ın prezidenti Tahir Gözəl qələbədən sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

O bu qələbəni möcüzə adlandırıb:

“Möcüzədir. Bu, pul gücünə edilməyib. Bu, Qarabağın müqəddəs adının bizə verdiyi ilhamdır.

Mənəviyyatdır, ailə duyğusudur. Biz buralara milli dəyərlərimizlə gəlirik.

Bunların futbolçularına baxsanız, hamısının keyfiyyəti bizimkilərdən üstündür, tezliklə 100 illiklərini qeyd edəcəklər.

Mənim arzum oldur ki, “Qarabağı” gənclərimizə işıq olsun, mənəviyyatımızı itirməyək.

Bu, böyük bir hədiyyədir. Bu işığı ürəyimizdə daşıyaq. Mənəviyyat, zəhmət olan yerdə də uğur olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Yanvar 16:10 Çək və bizə göndər!