"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt "Ayntraxt"ını qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb.
Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub.
"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə (0:0) edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.
"Qarabağ" – "Ayntraxt" (Frankfurt) 3:2
Qollar: K.Duran, 4, 80, B.Mustafazadə, 90+4- C.Uzun,10, F.Çaibi,78(pen)
Baş hakim: Sandro Şerer (İsveçrə)

